Ordubad rayonunda su elektrik stansiyası,
Naxçıvan şəhərində sənaye kompleksi, sosial və infrastruktur obyektləri istifadəyə verilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində oktyabrın 5-də Ordubad rayonundakı Biləv Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir.
Dövlət başçısı tənzimləyici bəndə, su anbarına baxmış, stansiyanı işə salmışdır.
Stansiyanın açılışı münasibətilə keçirilən mərasimdə Prezident İlham Əliyev çıxış etmişdir.
Prezident İlham Əliyev Naxçıvan şəhərində məhdud fiziki imkanlı insanlar üçün Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Regional İnformasiya Mərkəzinin açılışında da iştirak etmişdir. Dövlət başçısı açılışı bildirən lenti kəsmiş və mərkəzlə yaxından tanış olmuşdur.
Daha sonra Prezident İlham Əliyev Naxçıvan şəhərində Gəmiqaya daş məhsulları kompleksinin açılışında iştirak etmişdir. Prezident İlham Əliyev kompleksin ərazisində xammal nümunələrinə baxmış, istehsal sahəsini gəzmiş, müəssisənin hazırladığı məhsulların nümunələri ilə tanış olmuşdur.
Dövlət başçısı Naxçıvan şəhərini içməli su ilə təmin edəcək supaylayıcı qurğunun istifadəyə verilməsi mərasimində də iştirak etmişdir. Prezident İlham Əliyev şəhərdaxili su və kanalizasiya şəbəkələrinin, içməli su təchizatı sistemlərinin baş planlarına baxmış, qurğunu işə salmışdır.
(Prezident İlham Əliyevin Ordubad rayonunda və Naxçıvan şəhərində iştirak etdiyi tədbirlərə dair geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).
AzərTAc
Azərbaycan.- 2010.- 6 oktyabr.- S. 4.