ADA-nın rektoru
Hafiz Paşayev diplomatik təlim üzrə beynəlxalq forumda çıxış etmişdir
Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayev Maltada keçirilmiş Diplomatik Təlim üzrə Beynəlxalq Forumda çıxış etmişdir.
ADA-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 1972-ci ildə yaradılmış Diplomatik Təlim üzrə Beynəlxalq Forum hər il diplomatik akademiya və beynəlxalq münasibətlər üzrə institutların rəhbərlərini bir araya gətirir. Forumun keçirilməsi təşəbbüsü Vyana Diplomatik Akademiyası və ABŞ-ın Vaşinqton şəhərində yerləşən Corctaun Universiteti tərəfindən irəli sürülmüşdür. Hər il keçirilən görüşlərdə müasir diplomatiyaya dair məsələlər və trendlər müzakirə olunur.
Sayca 38-ci olan builki toplantıda 53 ölkədən 80 iştirakçı regional diplomatik təlim, e-diplomatiya və təlimlərin faydalılığının artırılması məsələlərini müzakirə etmiş, təcrübələrini bölüşmüş, fikir mübadiləsi aparmışdır.
Tədbirin Maltanın tarixi parlament binasında keçirilmiş açılış mərasimində parlamentin sədri Maykl Frendo bütün iştirakçıları salamlamışdır.
ADA-nın rektoru Hafiz Paşayev
Maltanın sabiq prezidenti,
professor Uqo Mifsud Bonniçi ilə
birgə "Regional diplomatik
təlim" başlıqlı birinci
paneldə çıxış etmişdir.
Natiqlər diplomatiyanın
regional xarakter aldığını
vurğulamış, diplomatik
təlimin regional proseslərə
yardımından danışmışlar.
H.Paşayev tədbir iştirakçılarına
ADA-nın fəaliyyəti,
burada baş verən yeniliklər barədə məlumat vermişdir. Rektor bildirmişdir ki,
XXI əsrdə diplomatik
təlim yalnız ölkələrin sərhədləri
daxilində aparıla
bilməz. Biz gərək onu digər mədəniyyətlər
və ölkələr
üçün açaq
ki, dünya ölkələrinin də
təcrübəsindən bəhrələnək
tələbələrimizə karyeralarının ilk illərindən
möhkəm münasibətlər
qurmağa kömək
edək. Ümid edirəm
ki, ADA-nın təcrübəsi digər
diplomatik akademiyaların
fəaliyyəti üçün
də faydalı olacaqdır.
Sonda rektor Hafiz Paşayev qarşıdan gələn
illərdə Diplomatik
Təlim üzrə Beynəlxalq Forumun növbəti iclasının
Bakıda keçirilməsini
təklif etmişdir.
Azərbaycan.- 2010.- 6 oktyabr.- S. 6.