Azərbaycan Prezidenti İlham
Əliyevin Naxçıvan
Muxtar Respublikasına səfəri
Ordubadda Biləv
Su Elektrik Stansiyasının
açılışı
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri
çərçivəsində oktyabrın 5-də Ordubad rayonundakı Biləv Su Elektrik Stansiyasının açılışında iştirak
etmişdir.
Dövlət başçısı əvvəlcə
tənzimləyici bəndə
və su anbarına baxdı.
Məlumat verildi ki, stansiyanın
inşasına 2009-cu ilin
martında başlanılmışdır. İnşaat işlərinin yüksək
keyfiyyətlə və
qısa müddətdə
yerinə yetirilməsi
üçün maksimum
səy göstərilmişdir.
Stansiya ilin bütün fəsillərində bol suyu olan Gilançaydan
qidalanır. Su əvvəlcə
tənzimləyici bəndə
yığılır. Burada suyun toplanması
üçün sahəsi
5,15 hektar olan süni göl yaradılmışdır.
Göldəki bəndlərin
eni 159 metrdir, hündürlüyü isə
7,3 metrlə 9,5 metr arasında dəyişir. Gölün su tutumu 250
min kubmetrdir. Buradan su
açıq və qapalı kanallarla sutəmizləyici anbara ötürülür. Üçsıralı anbar 8200 kubmetr su tutur. Burada su bərk cisimlərdən
təmizlənir və
anbara ötürülür.
Anbarın su tutumu 34 min kubmetrdir.
Dövlət başçısının diqqətinə
çatdırıldı ki,
bu anbardan su poladdan hazırlanan
təzyiq borusu ilə stansiyaya verilir. Suyun təzyiqi 24 atmosferə
bərabərdir. Burada
hər birinin diametri 2,4 metr
olan 2 sifon quraşdırılmışdır. Bu sifonlardakı suyun təzyiqi 3,2 və 6,4 atmosfer təşkil edir.
Sonra Prezident İlham Əliyev stansiya binasının olduğu əraziyə gəldi. Muxtar respublika
ictimaiyyətinin nümayəndələri,
energetiklər və inşaatçılar dövlət
başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev stansiyanın maketinə və şəkillərinə
baxdı. Diqqətə çatdırıldı ki, stansiya binası
bütün zəruri
avadanlıqla təchiz
edilmişdir. Burada Avstriya
şirkətinin hazırladığı
iki turbin və iki generator quraşdırılmışdır. Stansiyanın
nominal gücü 20 meqavat,
maksimal gücü isə 22 meqavatdır.
Stansiyada
istehsal edilən enerji yarımstansiyaya ötürülür. Gərginliyi 110/35/10 kilovolt olan yarımstansiyada hər birinin gücü 25 meqavolt/amper olan iki
transformator quraşdırılmışdır.
Burada şəbəkəyə iki
qoşulma xətti vardır. Onların hər birinin uzunluğu 8,5 kilometr, gərginliyi isə 110 kilovoltdur. Biləv Su Elektrik Stansiyasında nəzərdə tutulan orta illik enerji
istehsalı 80 milyon kilovat/saatdır. Stansiyanın
həyətində də
geniş abadlıq işləri görülmüş,
yaşıllıq zolağı
salınmışdır. Ərazidə əsaslı bəndbərkitmə
işləri də aparılmışdır. Stansiyanın
tikinti işləri zamanı Biləv kəndinə gedən 20 kilometrlik yol da əsaslı şəkildə yenidən
qurulmuşdur.
Dövlət başçısı stansiyanı
işə saldı.
Stansiyanın açılışı münasibətilə
keçirilən mərasimdə
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov çıxış
etdi.
Azərbaycan.- 2010.- 7 oktyabr.- S. 1.