Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun çıxışı

 

- Möhtərəm cənab Prezident!

Bu gün Azərbaycan özünün intibah dövrünü yaşayır. Bu intibahın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşSizin rəhbərliyinizlə uğurla davaminkişaf etdirilir. Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vuraraq lider dövlətə çevrilmişdir. Siz Azərbaycanın inkişafının bölgələrin inkişafı ilə sıx bağlı olduğunu bildirərək tövsiyə etmişdiniz ki, Azərbaycanın hər bir bölgəsi inkişaf etsin, hər bir rayon mərkəzi müasir standartlara cavab versin, bütün kəndlərdə abadlıq işləri aparılsın, yollar salınsın, elektrik enerjisi ilə təminat yaxşılaşsın, bir sözlə, insanların gündəlik həyatında müsbət dəyişikliklər baş versin.

Bu tövsiyəniz, ondan irəli gələn vəzifələr ölkəmizin bütün regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da ardıcıl şəkildə həyata keçirilir. Aydındır ki, hər bir inkişafın kökündə iqtisadi inkişaf dayanır. Son 5 ildə muxtar respublikanın iqtisadi inkişafı 4 dəfə artmışdır. Sənayenin, kənd təsərrüfatının və sosial sahələrin inkişafında əsaslı dönüşə nail olunmuşdur. Son dövrlərdə yaradılan sənaye və emal sahələri sovetlər birliyinin mövcud olduğu illər ərzində istifadəyə verilən müəssisələrin sayını 8 dəfə üstələmişdir. Bunun sayəsində yeni yerləri açılmış, əhalinin məşğulluğu təmin olunmuşdur. 2003-cü ildən bugünədək Naxçıvan Muxtar Respublikasında 44 min 647 yeni yeri açılmışdır ki, bunun da 29 min 393-ü və yaxud 66 faizi daimi yerləridir. Yeni yerlərinin açılması, iqtisadiyyatın ümumi strukturuna uyğun olaraqdaxili bazarın qorunması tələbləri nəzərə alınaraq yeni istehsalemal sahələrinin yaradılması sahibkarlığın inkişafı üçün əlverişli şəraitin formalaşdırılması hesabına mümkün olmuş, ümumi daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi 86 faiz təşkil etmişdir.

Bu illərdə sosial sahələrin inkişafı da diqqət mərkəzində saxlanmışdır. Sizin tapşırığınızla əhalinin sağlamlığının qorunması məsələlərinə xüsusi diqqət yetirilmişdir. Bu gün muxtar respublikanın hər bir rayonunda ən müasir tələblərə cavab verən mərkəzi xəstəxana binalarının tikintisi proqramı uğurla icra olunmaqdadır. Belə ki, 5 mərkəzi xəstəxana binası tikilmiş, 1 mərkəzi xəstəxananın inşası isə davam etdirilir. Naxçıvan şəhərində ətraf bölgələrdə analoqu olmayan diaqnostika-müalicə və doğum mərkəzləri istifadəyə verilmiş, bundan başqa 42 xəstəxana, 51 həkim ambulatoriyası, 56 feldşer-mama, 17 tibb məntəqəsi tikilmişya əsaslı şəkildə yenidən qurulmuşdur.

Təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, müəllimlərin əməkhaqlarında, tələbə və peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin təqaüdlərində özünü göstərən dinamik artım, məktəblərin pulsuz dərslik və latın qrafikalı yeni nəşrlərlə təmin edilməsi ölkə rəhbərinin bu vacib sahəyə diqqət və qayğısının bariz ifadəsidir. Son 10 ildə Naxçıvan Muxtar Respublikasında 68 min 374 şagird yeri olan 168 ümumtəhsil məktəbi binası, 1398 yerlik 14 uşaq bağçası, 18 musiqi məktəbi, 9 məktəbdənkənar tədris müəssisəsi tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.

İstifadəyə verilmiş bütün təhsil müəssisələrində müəllim və şagirdlər üçün nümunəvi şərait yaradılmış, fənn kabinələri, laboratoriyalar, açıq və örtülü idman qurğuları, zallar müasir dünya standartları nəzərə alınaraq hazırlanmış, ən yeni informasiyakommunikasiya texnologiyaları tətbiq olunmuşdur. Bugünədək muxtar respublikanın ümumtəhsil məktəblərinə 2781 kompüter verilmişdir. Bu kompüterlərin 2190-ı və ya 79 faizi internetə qoşulmuşdur. Bundan başqa, 220 məktəbdən 200-ü elektron lövhələrlə təmin olunmuşdur.

Hər bir ölkənin inkişafı onun enerji və ərzaq təhlükəsizliyi ilə sıx bağlıdır. Azərbaycanda bu sahədə həyata keçirilən tədbirlər, əldə olunan nəticələr muxtar respublikada da özünü göstərməkdədir. Hazırda muxtar respublikada əhalinin 89 növdə ərzaq, 153 növdə qeyri-ərzaq olmaqla 242 növdə məhsula olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir. Bunlar kənd təsərrüfatının texniki təminatı ilə bağlıdır. 2005-ci ildən ötən müddətdə 540 yeni texnika, 21 min tondan çox mineral gübrə gətirilərək torpaq mülkiyyətçilərinin istifadəsinə verilmişdir.

Ərzaq təhlükəsizliyi ilə yanaşı, enerji təhlükəsizliyi də xüsusi diqqət yetirilən sahələrdəndir. Vaxt var idi ki, Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi sutka ərzində 10-12 saat verilir, böyük fasilələr yaranırdı, qonşu ölkələrdən enerji alırdıq. Sizin himayənizlə 2005-ci ildə Naxçıvan Muxtar Respublikasına təbii qaz kəmərinin çəkilməsindən sonra enerji təsərrüfatının gücləndirilməsi sahəsində təsirli tədbirlər görülmüş, modulqaz-turbin elektrik stansiyaları, Heydər Əliyev su anbarı üzərində elektrik stansiyası tikilib istifadəyə verilmişdir. Bundan başqa, Biləv Su Elektrik Stansiyasının tikintisi başa çatdırılmışdır. Bu sahədə həyata keçirilən tədbirlər imkan yaratmışdır ki, Naxçıvan Muxtar Respublikası özünü 4 dəfə elektrik enerjisi ilə təmin edə bilsin. Bu gün Naxçıvan Muxtar Respublikası elektrik enerjisi alan regiondan elektrik enerjisi ixrac edən regiona çevrilmişdir. Hazırda Türkiyə Respublikasına əvvəlki illərdə alınan elektrik enerjisinin əvəzinə gündə 16 meqavat elektrik enerjisi verilir.

Möhtərəm Prezident!

2004-cü ildən bəri Siz 8 dəfə Naxçıvan Muxtar Respublikasına səfər etmiş, himayənizlə tikilmiş 50-dən çox təhsil, səhiyyə, idman və mədəniyyət müəssisələri, istehsal sahəsi və hərbi təyinatlı obyektlərin açılışını etmisiniz. Muxtar respublikaya hazırkı səfəriniz çərçivəsində Kəngərli rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin, Naxçıvan şəhərində travertin zavodunun, məhdud fiziki imkanlılar üçün regional informasiya mərkəzinin, Naxçıvan şəhərinin içməli su təchizatının, Ordubad rayonunda Biləv Su Elektrik Stansiyasının, 87 kilometrlik Naxçıvan-Sədərək magistral yolunun ikinci hissəsinin, Şərur rayonundakı Yengicə və Maxta kənd orta məktəblərinin, Sədərək rayonunda mərkəzi xəstəxananın, orta məktəbin yeni tikilmiş binalarının və Heydərabad qəsəbəsinin yenidənqurmadan sonra açılışı həyata keçirilməkdədir.

Bütün bunlara görə Sizə öz minnətdarlığımızı bildirir, ulu öndərimizin yolunun davam etdirilməsində, məhsuldar dövlətçilik fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı arzulayırıq.

 

***

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

 

 

Azərbaycan.- 2010.-7 oktyabr.- S. 1, 2.