"Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

"Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1058-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, dörd ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanunun 5.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılma qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.4. həmin Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması qaydasını müəyyən etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili aparılması qaydalarını müəyyən etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanunun 19.6-cı maddəsində nəzərdə tutulmuş məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti qaydasını və qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. həmin Qanunun 5.2-ci maddəsinin birinci cümləsində, 6.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini, 7.0.1-ci, 7.0.8-ci, 11.2-ci maddələrində, 11.3-cü maddəsinin birinci cümləsində, 12.1-ci maddəsində, 17.3-cü maddəsinin birinci cümləsində, 18.1-ci, 18.4-cü, 18.5-ci maddələrində, 19.1-ci maddəsinin birinci cümləsində, 19.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini, 8-ci maddəsində nəzərdə tutulmuş vəzifələri həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.8. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.9. öz səlahiyyətləri daxilində "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 5.2-ci maddəsinin ikinci cümləsində, 16.3-cü, 18.3-cü və 19.6-cı maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 7 oktyabr.- S. 4.