Azərbaycan Tibb
Universitetinin 80 illik
yubileyinə həsr olunmuş beynəlxalq
elmi konfrans işə
başlamışdır
Oktyabrın 6-da Bakıda Azərbaycan Tibb Universitetinin (ATU) 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans öz işinə başlamışdır.
AzərTAc xəbər verir ki, konfransda yerli mütəxəssislərlə yanaşı, Almaniya, Rusiya, Türkiyə, İran, Fransa və Yaponiyadan nümayəndələr də iştirak edirlər.
Universitetin rektoru, akademik Əhliman Əmiraslanov konfransın əhəmiyyətindən danışaraq xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparılması baxımından tədbiri yüksək qiymətləndirmişdir.
Üç gün davam edəcək konfransda cərrahiyyə, terapiya, pediatriya, kardiologiya, nəzəri və fundamental elmlər sahəsində məruzələr dinləniləcəkdir. Eyni zamanda, ATU-nun yaradılmasından keçən 80 ildə respublikada aparılmış elmi-tədqiqat işləri əsasında elmi proqram hazırlanacaqdır.
Azərbaycan.- 2010.- 7 oktyabr.- S. 5.