Astanada keçirilən
"Kazenerji-2010" V Avrasiya Enerji Forumu başa
çatmışdır
Oktyabrın 6-da Astanada "Kazenerji-2010" V Avrasiya Energetika Forumu öz işini başa çatdırmışdır.
Tədbirdə Xəzəryanı ölkələrin və bir sıra digər dövlətlərin neft-qaz qurumlarının və Qazaxıstanda işləyən xarici neft şirkətlərinin rəhbərləri, tanınmış siyasi və ictimai xadimlər, ekspertlər iştirak etmişlər.
Azərbaycanı bu forumda fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə nümayəndə heyətləri təmsil etmişdir.
Forumun Meksika körfəzində fəlakətlərin nəticələri. "Xəzər: texnogen risklərin azalması" mövzusunda keçirilən bölmə iclasında Kəmaləddin Heydərov "Dəniz akvatoriyasının neft və texniki çirklənmələrinin qarşısının alınmasında Xəzəryanı dövlətlərin əməkdaşlıq siyasəti" mövzusundakı çıxışında Azərbaycanın Xəzərin fəlakətdən qorunması istiqamətində gördüyü qabaqlayıcı tədbirlərindən danışmışdır. Nazir qeyd etmişdir ki, Xəzəryanı dövlətlər dənizin bioloji zənginliyini qorumaq şərtilə texnogen çirklənmələrin qarşısının alınmasında birlikdə əməli iş görməlidirlər. Biz ekstremal şəraitdə çevik əməliyyatları da həyata keçirməyi bacarmalıyıq.
Kəmaləddin Heydərov çıxışını bu sözlərlə tamamlamışdır: "Xəzər bizim ümumi sərvətimizdir və onun problemlərini də birgə həll etməliyik".
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi
müxbiri
Astana
Azərbaycan.- 2010.- 7 oktyabr.- S. 5.