Prezidentin mətbuat xidmətinin məlumatı

 

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası hökumətinin sədri Vladimir Putinə telefonla zəng etmişdir.

Dövlətimizin başçısı Vladimir Putinə ad günü münasibətilə təbriklərini çatdırmış, ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

 

 

Azərbaycan.- 2010.- 8 oktyabr.- S.1.