AMEA-nın Fəlsəfə, SosiologiyaHüquq İnstitutunda parlament seçkilərinə həsr olunan elmi-praktiki konfrans keçirilmişdir

 

Oktyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, SosiologiyaHüquq İnstitutunda "Azərbaycanın modernləşmə kursu və 2010-cu ilin parlament seçkiləri" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

İnstitutun direktoru, professor İlham Məmmədzadə parlament seçkiləri ərəfəsində keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışmışdır.

Konfransda professor İ.Məmmədzadənin "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin modernləşmə kursu kontekstində seçkilər" mövzusunda məruzəsi dinlənilmişdir. Natiq Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sabitləşmədən modernləşməyə doğru inamla irəliləməsindən, bu prosesin yüksələn xətlə inkişafından danışmışdır. Bildirilmişdir ki, seçkilər zamanı demokratik konsolidasiya prinsiplərinə əməl olunması başlıca məsələlərdən biri olmalıdır.

Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Şaitdin Əliyev "Azərbaycanın modernləşmə kursu və 2010-cu ilin parlament seçkiləri" mövzulu məruzəsində ölkəmizdə seçki prosesinin təkmilləşməsi sahəsində mühüm addımlar atılmasından, seçkilərin demokratik, şəffaf keçirilməsi üçün cəmiyyətdə maarifləndirmə işləri aparılmasının vacibliyindən, bu sahədə həyata keçirilən tədbirlərdən danışmışdır. O, parlament seçkilərində iştirak etmək üçün indiyədək 1428 Azərbaycan vətəndaşının namizədliyini irəli sürdüyünü, onlardan 436 nəfərinin MSK-da qeydiyyata alındığını, MSK-nın internet saytında seçicilərlə bağlı bütün məlumatların yerləşdirildiyini diqqətə çatdırmışdır.

Seçkilərin şəffaflığının təmin olunmasında müşahidəçi qrupların böyük rol oynadığını qeyd edən Şaitdin Əliyev ATƏT, Avropa Şurası, NATO və MDB tərəfindən seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün MSK-ya müraciətlər daxil olduğunu, təmsil etdiyi qurumun 2010-cu ilin parlament seçkilərinə tam hazır olduğunu bildirmişdir.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanov vətəndaşların seçki hüququnun təmin olunması istiqamətində görülən işlərdən, yerlərdə seçkilərlə bağlı ictimai dinləmələrin təşkil olunmasından, beynəlxalq ekspertlər tərəfindən ölkəmizdə seçkilərə hazırlığın vəziyyətinin müsbət qiymətləndirilməsindən danışmışdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Vəsilə Mövsümovanın "Seçki prosesində gender siyasətinin gözlənilməsi məsələsi" adlı məruzəsində ölkə əhalisinin 52 faizini qadınların təşkil etdiyini, cəmiyyətdə qadınların gender prinsipləri əsasında fəaliyyət göstərməsinin vacibliyini qeyd etmiş, seçkilərdə iştirak üçün 164 qadın namizədin qeydiyyata alındığını diqqətə çatdırmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının şöbə müdiri Vüsal Quliyev təmsil etdiyi qurumun seçki dövründə fəaliyyətindən, vətəndaşların fəallığının artırılması sahəsində onlarla layihəyə dəstək verməsindən danışmışdır.

Konfransda institutun əməkdaşları Zahid Bəhramov, Mirağa Cəfərquliyev, Rauf Qarayev, Zaur Məmmədov və digərlərinin mövzu ilə bağlı məruzələri dinlənilmiş, müzakirələr aparılmış, suallar cavablandırılmışdır.

Tədbirdə AMEA-nın Fəlsəfə, SosiologiyaHüquq İnstitutu ilə MSK-nın parlament seçkilərinə həsr olunan birgə seminarlarının təşkil edilməsi haqqında təkliflər səsləndirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 9 oktyabr.- S. 6.