Qədim Misirdə elektrikdən istifadə edirmişlər

 

Misirdə çox qədimlərdə elektrikdən istifadə edirmişlər.1937-ci ildə Bağdad yaxınlığında qazıntı işləri zamanı arxeoloq Vilhelm Keniq içərisində mis silindrlər olan gil bardaqlar tapmışdı. Həmin silindrlər gil bardaqların dibinə qətranla yapışdırılmışdı. Arxeoloq Keniq bu tapıntısına əhəmiyyət verməmişdi. Lakin İkinci dünya müharibəsindən sonra İraqda qazıntı işləri davam etdirilmişantik Şumer şəhəri Soyevkidə alimlər yenidən üstü minalı gil qablar aşkar etmişdilər.

Güldanı xatırladan bu qablar qalvanik elementlər idi. Alimlər həmin qabları limon şirəsi ilə doldurmuş dəmir mil ilə mis silindr arasında yarım volta bərabər potensiallar fərqi aşkar etmişdilər. Həmin gil qablar elektrik batareyaları idi. Onları 1980-ci ilin əvvəlində aşkara çıxarmışdılar. Sonralar bu cür vaza-batareyaların təsvirlərinə Misir binalarının divarlarında təsadüf etmişdilər. Həmin dövrdə arxeoloq Reyhard Haber Fiv şəhərinin 50 kilometrliyində daxilində spiralşəkilli əşyalar olan divar təsvirlərini aşkara çıxarmışdı. Həmin əşyalardan kabel şlanq uzanırdı. Sübut edilmişdi ki, daxilində dalğalı xətlər keçən armudaoxşar obyektlər elektrik lampaları, onların bərkidildiyi dirəklər isə yüksəkvoltlu izolyatorlardır. Bütün bunlar Coser piramidasının altından tapılmışdı. Arxeoloqlar "Fironların işığı" adlı kitab çap etdirmişlər. Sonralar mis elektrik xətlərinin asıldığı dirəklər aşkara çıxarılmışdı.

Misir məbədlərinin piramidalarının divarlarında tavanlarında çıraqların his izləri yoxdur. Ona görə ki, həmin yerlər elektrik ilə işıqlandırılmışdır.

Fironların papaqlarının da elektrik, yaxud elektromaqnit enerji doldurucuları olduğu güman edilir. Fironların hündür papaqlarının ön hissəsindəki gürzə şəkli təhlükə qüvvə rəmzi idi. Ola bilsin ki, gürzə düşmənləri fironların tabe olmaq istəməyən təbəələrini zərbəyə məruz qoymaq üçün nəzərdə tutulmuşdu. Çox güman ki, bu papaqlar həm elektrik batareyaları ilə təchiz edilibmiş.

Bu yaxınlarda alimlər Tutanxamon piramidasından yaxın məsafədə qızıl disk tapmışlar. Diskin üzərində olan üzün təsviri 1976-cı ildə Amerikanın "Vikinq-1" kosmik aparatından çəkilmiş Kidonin Mars sfinksinə çox oxşayır. Arxeoloqları disk üzərində həkk edilmiş yazı heyrətləndirmişdir. Ona görə ki, hərflər Misir heroqliflərinə qətiyyən oxşamırdı. Həmin yazların surətləri müxtəlif ölkələrin tanınmış mütəxəssislərinə göndərilmiş, lakin hələ ki heç bir cavab alınmamışdır.

Antik müəlliflərin məlumatına görə, Misirin yeraltı məbədlərinin labirintlərinin çoxsaylı otaqları gözə çarpmayan mənbələrdən eyni bərabərdə işıqlandırılırdı. Rəvayətlərdə söylənilənlərə görə, Xeops piramidası rayonunda yeraltı işlər, habelə məqbərələrin divarları sönməyən şamlarla işıqlandırılırmış. Yeraltı işlərdə uzunluğu bir neçə on metr olan işıq saçan elastik naqilləri olan qurğulardan istifadə edilirmiş. Buna görə piramidaların zirzəmilərində fironların məqbərələrində his izi yoxdur.

Yunan yazıçısı Lukianın (eramızdan əvvəl 120-190-cı illər) yazdığına görə, Misirin Heliopolis şəhərində ilahə Geranın heykəlinin alnında şəxsən gördüyü parıltılı Daş gecələr bütün məbədi işıqlandırırmış.

Plutarxın (eramızdan əvvəl 45-127-ci il) yazdığına görə, Misirin məbədlərindən birinin girəcəyində olan lampa, kahinlərin təsdiq etdikləri kimi, neçə yüz illərdir ki, qulluq tələb etmədən yanmaqda davam edir. Müqəddəs Avqustin (354-430-cu illər) məlumat vermişdir ki, Misirdəki ilahə İzidanın məbədində yanmaqda olan qeyri-adi lampanı külək, su söndürə bilir.

Roma yezuiti Afanasi Kirxer 1652-ci ildə "Gdapus Yegitianus" kitabında Memfis zirzəmilərində tapılan hətta su da söndürə bilməyən lampanın təsvirini vermişdir.

500 ildən bəri yanan sönməz lampa barədə bir çox səyyahların yazıları da var.

Hindistanın, Çinin qədim yazılı məxəzlərində də sərdabələrdən tapılan sirli lampalar haqqında məlumat veriilir. Həmin lampalar ancaq xüsusi günlərdə göstərilərmiş.

Romanın ikinci imperatoru Numa Pompilinin tutqun şar şəklində əbədi lampası olmuşdur. Kapitolidə Yupiter məbədində (eramızdan əvvəl VII əsr) ilahə Afinanın təsviri il ərzində fasiləsiz yanan lampa ilə işıqlandırılırmış. Bunu kahinlər də təsdiq etmişlər. Lampa müqəddəs sayıldığı üçün qədim dövrlərdən bəri yağ ilə doldurulmasına ehtiyac olmamışdır.

Sirli lampalar Avropanın şimal hissəsində aşkar edilmişdir. Belə ki, İngiltərənin orta əsr xronikalarında Bristol şəhəri yaxınlığında qədim sərdabanın içərisində bir neçə əsr yanmaqda davam edən sönməz lampa haqqında danışılır.

 

 

Arif HÜSEYNOV

 

Azərbaycan.- 2010.- 10 oktyabr.- S. 8.