İspaniyanın kralı Əlahəzrət
I Xuan Karlosa
Əlahəzrət!
İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Azərbaycan ilə İspaniya arasındakı münasibətlər bu gün dostluq və əməkdaşlıq məcrasında müvəffəqiyyətlə inkişaf etməkdədir. Əminəm ki, əlaqələrimizin ikitərəfli və çoxtərəfli qaydada möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində səylərimizi xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İspaniya xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 28 sentyabr 2010-cu il
Azərbaycan.- 2010.- 12 oktyabr.- S. 1.