E.Z.Kərimovun Azərbaycan Respublikasının İtaliya Respublikasında,San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatı üzrə İnkişaf Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Emil Zülfüqar oğlu Kərimov Azərbaycan Respublikasının İtaliya Respublikasında, San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatı üzrə İnkişaf Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 oktyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 12 oktyabr.- S. 1.