Meksikanın Azərbaycanda yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini təqdim etmişdir

 

İqamətgahı Ankara şəhərində yerləşən Meksika Birləşmiş Ştatlarının Azərbaycanda yeni təyin olunmuş səfiri Jaime Enrike İnosensio Qarsiya Amarala oktyabrın 11-də xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşmüşdür.

XİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, etimadnaməsinin surətini nazirə təqdim edən Jaime Enrike İnosensio Qarsiya Amarala Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu ifadə etmişdir. Diplomat ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulamış, Meksika-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirmişdir.

Nazir E.Məmmədyarov ölkəmizdə səfir təyin olunması münasibətilə meksikalı diplomatı təbrik etmiş və işlərində müvəffəqiyyətlər arzulamışdır.

 

 

Azərbaycan.- 2010.- 12 oktyabr.- S. 7.