Mavritaniya İslam
Respublikasının Azərbaycana yeni səfiri
təyin olunmuşdur
Oktyabrın 11-də xarici işlər naziri Elmar Məmmədyarov iqamətgahı Moskva şəhərində yerləşən Mavritaniya İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Sidi Mohammed Ould ilə görüşmüşdür.
XİN-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, etimadnaməsinin surətini nazirə təqdim edən Sidi Mohammed Ould ölkəmizdə səfir təyin olunmasından məmnun qaldığını qeyd etmişdir. O, ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulamış, yeni vəzifədə fəaliyyəti dövründə Mavritaniya-Azərbaycan əlaqələrinin dərinləşməsinə çalışacağını bildirmişdir.
Nazir E.Məmmədyarov Azərbaycanda səfir təyin olunması münasibətilə mavritaniyalı diplomatı təbrik etmiş və işlərində müvəffəqiyyətlər arzulamışdır.
Azərbaycan.- 2010.- 12 oktyabr.- S. 7.