Zambiya ilə Azərbaycan
arasında bir sıra sahələrdə əməkdaşlığın
inkişafı üçün geniş potensial vardır
İqamətgahı Moskva şəhərində yerləşən Zambiya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Patrik Nailobi Sinyinzaya oktyabrın 11-də xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüşdür.
XİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, etimadnaməsinin surətini təqdim edən P.Sinyinzaya ölkəmizdə səfir təyin olunmasından məmnun qaldığını qeyd etmişdir. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq Zambiya-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirmişdir.
Nazir E.Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə zambiyalı diplomatı təbrik etmiş və işlərində müvəffəqiyyətlər arzulamışdır.
Azərbaycan.- 2010.- 12 oktyabr.- S. 7.