Azərbaycan Prezidenti
İlham Əliyev İordaniyanın
ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel Mohammad Adailehin etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin önündən keçdi.
Səfir Adel Mohammad Adaileh etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət
etdi.
Dövlətimizin başçısı
ölkələrimiz arasında
əlaqələrin uğurla
və dinamik şəkildə inkişaf
etdiyini vurğuladı.
Bu yaxınlarda BMT-də
İordaniya Kralı
II Abdullah ilə görüşünü
xatırlayan Prezident İlham Əliyev onunla mütəmadi olaraq görüşdüyünü
məmnunluq hissilə
qeyd etdi. Ölkələrimiz arasında
siyasi sahədə əlaqələrin çox
yaxşı səviyyədə
olduğunu deyən Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığımızı
inkişaf etdirmək üçün də hər iki tərəfin
güclü iradəyə
malik olduğunu bildirdi. Birgə layihələr üzərində
işlənildiyini qeyd
edən dövlətimizin
başçısı bu
layihələrin həyata
keçiriləcəyinə və uğurlu əməkdaşlığımızın davam etdiriləcəyinə
əminliyini ifadə etdi.
Səfir Adel Mohammad Adaileh
İordaniya Kralı
II Abdullahın salamlarını
və ən xoş arzularını dövlətimizin başçısına
və Azərbaycan xalqına çatdırdı.
Siyasi sahədə əlaqələrimizin ən
yüksək səviyyədə
olduğunu bildirən
səfir ticarət və iqtisadi sahələrdə əməkdaşlığımızın
genişləndirilməsi üçün
görüləsi çoxlu
işlərin olduğunu
vurğuladı. İlin
sonunda ikinci İordaniya-Azərbaycan hökumətlərarası
Komissiyanın növbəti
toplantısının Bakıda
keçiriləcəyini qeyd
edən diplomat, İordaniya
Kralının ona əlaqələrimizin daha
da gücləndirilməsi
ilə bağlı tapşırıqlar verdiyini
dedi.
Dövlətimizin başçısı
İordaniya Kralı
II Abdullahın salamlarına
görə minnətdarlığını
bildirdi, onun da salamlarını İordaniyanın dövlət
başçısına çatdırmağı
xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2010.- 13 oktyabr.- S. 2.