Azərbaycan Prezidenti
İlham Əliyev Oman
Sultanlığının ölkəmizdə yeni
təyin olunmuş səfirinin etimadnaməsini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Oman Sultanlığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qais Salim Ali Al Saidin etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin önündən keçdi.
Səfir Qais Salim Ali Al Said etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət
etdi.
Dövlətimizin başçısı
ölkələrimiz arasında
ikitərəfli münasibətlərin
yaxşı inkişaf
etdiyini bildirdi. Prezident İlham Əliyev Oman Sultanlığının
Azərbaycanın mövqeyini
beynəlxalq təşkilatlarda,
xüsusilə BMT-də
aparılan müzakirələrdə
dəstəkləməsinin ölkəmizdə böyük
minnətdarlıq hissi
doğurduğunu dedi.
Azərbaycan ilə
Oman Sultanlığı arasında
siyasi əlaqələrin
yaxşı səviyyədə
olduğunu qeyd edən dövlətimizin başçısı bu əlaqələrin iqtisadi
sahəyə də müsbət təsir göstərəcəyinə ümidvar
olduğunu bildirdi.
Səfir ölkələrimiz
arasında əlaqələrin
inkişafı ilə
bağlı xoş sözlərə görə
Prezident İlham Əliyevə minnətdarlıq
etdi, Oman Sultanı Qabus bin Said Al Saidin salamlarını dövlətimizin
başçısına çatdırdı.
Səfir ikitərəfli
münasibətlərimizin daha
da inkişaf edəcəyinə ümidvar
olduğunu söylədi.
Dövlətimizin başçısı
Oman Sultanı Qabus bin
Said Al Saidin salamlarına
görə minnətdarlığını
bildirdi, onun da salamlarını Omanın dövlət başçısına çatdırmağı
xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2010.- 13 oktyabr.- S. 2.