Azərbaycan Prezidenti
İlham Əliyev Zambiyanın ölkəmizdə
yeni təyin olunmuş
səfirinin etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Zambiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Patrik Nailobi Sinyinzanın etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin önündən keçdi.
Səfir Patrik Nailobi Sinyinza etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət
etdi.
Söhbət zamanı ölkələrimiz
arasında əlaqələrin
müxtəlif sahələrdə
inkişaf etdirilməsinin
və səmərəli
əməkdaşlıq imkanlarının
araşdırılmasının zəruriliyi qeyd edildi.
AzərTAc
Azərbaycan.- 2010.- 13 oktyabr.- S. 2.