Azərbaycan Prezidenti İlham Əliyev Mavritaniyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Mavritaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sidi Mohamed Ould Taleb Amarın etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin önündən keçdi.

Səfir Sidi Mohamed Ould Taleb Amar etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Səfir etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etməsindən Mavritaniyanın Azərbaycanda ilk səfiri olmasından şərəf duyduğunu dedi. O, ölkəsinin beynəlxalq təşkilatlarda istənilən məsələ ilə bağlı Azərbaycanla eyni mövqe nümayiş etdirməsini məmnunluqla vurğuladı. Mavritaniya Prezidentinin dost Azərbaycana səfərinə toxunan diplomat bu səfərin səfər çərçivəsində imzalanan sənədlərin ölkələrimiz arasında dostluq əməkdaşlıq əlaqələrinin inkişafına yeni bir təkan verdiyini bildirdi. Səfir Mavritaniyanın Azərbaycan ilə kənd təsərrüfatı sahəsində əlaqələri inkişaf etdirməyə maraqlı olduğunu dedi artıq bu istiqamətdə müvafiq addımların atıldığını qeyd etdi. Sidi Mohamed Ould Taleb Amar ölkəsinin Azərbaycanın mövqeyini bütün məsələlərdə, xüsusilə Dağlıq Qarabağ probleminin beynəlxalq təşkilatlar çərçivəsində həlli məsələsində bundan sonra da dəstəkləyəcəyini bildirdi.

Dövlətimizn başçısı Azərbaycan ilə Mavritaniya arasında ikitərəfli münasibətlərin sürətli inkişafından məmnunluğunu bildirdi. Prezident İlham Əliyev Mavritaniya Prezidentinin ölkəmizə səfərinin bu münasibətlərin inkişafında xüsusi rol oynadığını, səfərdən sonra müxtəlif səviyyələrdə artıq konkret addımların atıldığını dedi. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin Mavritaniya tərəfindən dəstəklənməsini yüksək qiymətləndirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 13 oktyabr.- S. 2.