Azərbaycan Prezidenti
İlham Əliyev Meksika
Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş səfirinin
etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jaime Enrike Qarsiya Amaralın etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin önündən keçdi.
Səfir Jaime Enrike Qarsiya Amaral etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət
etdi.
Azərbaycanın Meksika Birləşmiş Ştatlarında
daimi nümayəndəliyinin
fəaliyyətinə toxunan
dövlətimizin başçısı
ölkəmizin Meksikadakı
səfirliyinin Latın
Amerikasında Azərbaycanın
ilk səfirliyi olduğunu
bildirdi və səfirliyin fəaliyyət
göstərməsinin hər
iki ölkənin bir-birini yaxından tanıması baxımından
önəmli olduğunu
dedi.
Dövlətimizin başçısı
ölkələrimiz arasında
əlaqələrin uğurla
inkişaf edəcəyinə
ümidvar olduğunu bildirdi.
Səfir Jaime Enrike
Qarsiya Amaral Meksika Birləşmiş Ştatlarının Prezidenti
Felipe Kalderonun salamlarını
dövlətimizin başçısına
çatdırdı. O, ölkəsində
Azərbaycanın diplomatik
nümayəndəliyinin fəaliyyətinə
görə dövlətimizin
başçısına minnətdarlığını
bildirdi. Azərbaycanın
Meksikada səfirliyinin
fəaliyyətə başlamasını
rəmzi bir tarixə - Meksikanın müstəqilliyinin 200, inqilabın
isə 100 illiyinə təsadüf etdiyini dedi.
Dövlətimizin başçısı
Meksika Birləşmiş
Ştatlarının Prezidenti
Felipe Kalderonun salamlarına
görə minnətdarlığını
bildirdi, onun da salamlarını Meksikanın dövlət başçısına çatdırmağı
xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2010.- 13 oktyabr.- S. 3.