Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

"Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafındakı xidmətlərinə görə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin aşağıdakı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:

Cəfərov Məmməd İzyatoviç

Əliyev Vəkil Təvəkkül oğlu

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 oktyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 13 oktyabr.- S. 3.