Dövlət büdcəsindən
maliyyələşən bir sıra təşkilatlarda
çalışan işçilərin əməkhaqlarının
artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılsın:
- Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Naxçıvan bölməsinin Aparatı, Elmi İnnovasiyalar Mərkəzi;
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası;
- Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin
Diplomatik Akademiyası;
- Azərbaycan
Dövlət Teleqraf Agentliyi (AzərTAc);
- "Azərbaycan
Milli Ensiklopediyası"
Elmi Mərkəzi;
- Azərbaycanda
Atatürk Mərkəzi;
- Azərbaycan
Respublikasının dövlət
arxivləri və onların filialları,
rayon (şəhər) dövlət
arxivləri;
- Azərbaycan
Respublikasının Prezidenti
yanında Dövlət
Sirrinin Mühafizəsi
üzrə İdarələrarası
Komissiyanın İşçi
Qrupu;
- Əsir
və İtkin Düşmüş, Girov
Götürülmüş Vətəndaşlarla Əlaqədar
Dövlət Komissiyasının
İşçi Qrupu;
- Azərbaycan
Respublikasının Narkomanlığa
və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə
Dövlət Komissiyasının
daimi fəaliyyət göstərən İşçi
Qrupu;
- Azərbaycan
Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin Dövlət
Film Fondu və onun Naxçıvan filialı;
- Azərbaycan
Respublikasının Prezidenti
yanında Elmin İnkişafı Fondu;
- Azərbaycan
Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondu;
- Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının Katibliyi.
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki:
2.1. dövlət orqanlarının
tabeliyində olan dövlət büdcəsindən
maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid
Tarif Cədvəli əsasında əməkhaqqı
alan işçilər
istisna olmaqla) vəzifə maaşlarının
orta hesabla 10 faiz artırılmasını
təmin etsin;
2.2. bu sərəncamın
1-ci və 2.1-ci bəndlərində
nəzərdə tutulan
qurumlarda çalışan
rəhbər və digər işçilərin
vəzifə maaşlarının
yeni məbləğlərini
təsdiq etsin;
2.3. qüvvədə olan
normativ hüquqi aktların bu sərəncama uyğunlaşdırılmasını
təmin etsin;
2.4. bu sərəncamdan irəli gələn digər məsələləri
həll etsin.
3. Bu sərəncam
2010-cu il oktyabrın
1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 oktyabr 2010-cu il
Azərbaycan.- 2010.- 14 oktyabr.- S. 1.