Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin işçilərinin əməkhaqlarının artırılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin işçilərinin sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılaraq bu sərəncamın əlavəsinə uyğun olaraq müəyyən edilsin.

2. "Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin işçilərinin əməkhaqlarının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 fevral tarixli 2673 nömrəli sərəncamının 2-ci bəndi və həmin sərəncamın əlavəsi qüvvədən düşmüş hesab edilsin.

3. Bu sərəncam 2010-cu il oktyabrın 1-dən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 13 oktyabr 2010-cu il

 

Azərbaycan.- 2010.-14 oktyabr.- S. 1.