"Pakistan Observer" qəzetində "Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin rolunun daha da artırılmasının tərəfdarıdır" sərlövhəli məqalə dərc olunmuşdur

 

Pakistanın nüfuzlu "Pakistan Observer" qəzetinin 12 oktyabr tarixli nömrəsində "Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin rolunun daha da artırılmasının tərəfdarıdır" sərlövhəli məqalə dərc olunmuşdur.

Məqalədə Prezident İlham Əliyevin BMT Baş Məclisinin 65-ci sessiyasındakı çıxışına geniş yer verilmişdir. Müəllif dövlətimizin başçısının çıxışından sitat gətirir: "Azərbaycan hesab edir ki, Birləşmiş Millətlər Təşkilatı dünyanın hər bir yerində bir çox qlobal məsələlərdə, eləcə də hər bir üzv dövlətin istəklərinin nəzərə alınması və narahatlıqların aradan qaldırılmasında daha güclü və bacarıqlı olmalıdır".

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Prezident İlham Əliyevin bu sözləri əksini tapmışdır: "Ermənistan ilə Azərbaycan arasında davam edən silahlı münaqişə beynəlxalq və regional sülhə və təhlükəsizliyə böyük təhlükədir... Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə tam dəstəyini vermiş və torpaqların gücdən istifadə edərək ələ keçirilməsinin qəbuledilməzliyini vurğulamışdır".

Məqalədə ölkəmizdə baş verən inkişaf prosesləri ilə bağlı Prezident İlham Əliyevdən sitatlar gətirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 14 oktyabr.- S. 1.