Poeziyamızın xan çinarı

 

14 oktyabr xalq şairi Məmməd Arazın doğum günüdür. Əlinə qələm aldığı gündən Vətən gözəlliklərinə nəğmə qoşan, onun dərdini, ağrı-acılarını ürəyindən keçirərək misra-misra şeirlərində əks etdirən unudulmaz şair Azərbaycan poeziyasının xan çinarı idi. Əbədi ayrılığın qüssəsi Məmməd Araz yaradıcılığını sevənləri xiffətləndirsə də, onun əbədiyaşar poeziyası həmişə bizimlədir. Özünün təbirincə desək, nə qədər ki, ana torpaq var, səhər Günəş doğur, gecələr Ay parlayır, ulduzlar yanır, sərhəd dirəklərinin altında nər biləkli oğullar yurdun keşiyini çəkir, deməli, Məmməd Araz da var, onun şeirləri də yaşayır. Bu doğum günündə şairi yad etməyin ən yaxşı yolu şeirlərini oxumaqdır.

 

 

Azərbaycan.- 2010.- 14 oktyabr.- S. 8.