Prezident İlham Əliyev Yevlax şəhərində olmuşdur

 

Oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirə səfərini başa çatdıraraq, Yevlax şəhərinə gəlmişdir.

Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstələri qoydular.

Prezident İlham Əliyev Yevlax şəhərində 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak etmiş, burada yaradılmış şəraitlə tanış olmuşdur.

Dövlətimizin başçısı Yevlaxa səfəri çərçivəsində "Azərtoxum" MMC toxumçuluq müəssisəsinin açılışında da iştirak etmiş, istehsal prosesini izləmiş, hazır məhsulların sərgisinə baxmışdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Kür çayının sahilində inşa olunan bulvar-hotel kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşlar.

(Dövlətimizin başçısının Yevlax rayonuna səfəri barədə geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 15 oktyabr.- S. 4.