Moskvada Azərbaycan mətbəxinə həsr olunmuş kitabın təqdimatı keçirilmişdir

 

Mərasimdə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva iştirak etmişdir

 

Moskvada "Bakı" jurnalının dəstəyi ilə Stalik Xankişiyevin Azərbaycan mətbəxinə həsr edilmiş "Kazan, baran i dastarxan" kitabının təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, "Bakı" jurnalının baş redaktoru Leyla Əliyeva, Arzu Əliyeva, Fyodor Bondarçuk, Yuli Mixail Qusman qardaşları, Leonid Portnoy, Rusiyada fəaliyyət göstərən xarici ölkələrin səfirləri iştirak etmişlər.

Mahir manqal şiş ustası S.Xankişiyevin qələmindən çıxan Azərbaycan mətbəxinin zənginliyindən bəhs edən kitabda daha çox manqal üzərində hazırlanan təamlardan söz açılmışdır. Kitabın giriş hissəsində müəllif azərbaycanlı əcnəbi aşpaz dostlarının Azərbaycan mətbəxi barədə fikirlərinə yer vermişdir. Kitabda vurğulanan əsas fikirlərdən biri odur ki, süfrənin gözəlliyi yaddaqalan olması üçün hazırlanan hər bir təama xüsusi zövq fantaziya ilə yanaşılmalıdır. Müəllif bir daha əminliklə hər bir insanın gözəl əl qabiliyyətinə malik olduğunu söyləsə , bu məharətdən hər kəsin yararlanmadığına təəssüf edir.

Müəllifin fikrincə, Azərbaycan mətbəxi zəngin olduğundan hazırlanan hər bir təamın özünəməxsus əvəzolunmaz dadı vardır. Həmçinin köz manqalda hazırlanan kabablar da bənzərsiz dada malikdir. S.Xankişiyev qeyd etmişdir ki, bu, hələ kitabın birinci cildidir. Yaxın vaxtlarda ikinci kitab da hazır olacaqdır. Bu kitab da əsasən Azərbaycan mətbəxinə həsr olunacaqdır.

Təqdimat mərasiminin iştirakçıları bu gözəl tədbirin təşkilinə görə "Bakı" jurnalının baş redaktoru Leyla Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Tibb elmləri doktoru Yakov Brand bildirmişdir ki, mən uzun müddətdir həm "Bakı" jurnalı, həm Heydər Əliyev Fondu ilə dostluq edirəm. Fond Azərbaycanda böyük işlər görür. Mən fondun səhiyyə təhsillə bağlı layihələri ilə tanışam. Əminəm ki, dünyada məsələlərə belə ciddi yanaşan ölkəsi üçün bu qədər böyük işlər görən ikinci fond yoxdur.

Mossovet Teatrının aktyoru Aleksandr Lenkov tədbirlə bağlı təəssüratlarını bölüşərək demişdir ki, belə buludlu bir gündə "Bakı" jurnalı gözəl, günəşli axşam təşkil edərək bizə növbəti bayram hədiyyə etmişdir. Gözəl Azərbaycan xalqı ilə bağlı bütün işlər bu qədər gözəl keçir.

Tanınmış müğənni Diana Qurskaya qeyd etmişdir ki, Leyla xanım çox gözəl insandır, o, böyük işlər görür, təşəbbüslərə dəstək olur. İndiki zamanda məhz belə insanlar çatışmır.

Beləliklə, "Bakı" jurnalının dəstəyi ilə keçirilən "Kazan, baran i dastarxan" kitabının təqdimat mərasimi Azərbaycan mətbəxinin dünyada daha da yaxşı tanıdılması istiqamətində vacib bir addım olmuşdur.

 

 

Azərbaycan.- 2010.- 15 oktyabr.- S. 4.