Azərbaycan Prezidenti
İlham Əliyevin Yevlax
şəhərinə səfəri
Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
Xəbər verdiyimiz kimi, oktyabrın 14-də Azərbaycan
Prezidenti İlham Əliyev Mingəçevirə
səfərini başa
çatdıraraq Yevlax
şəhərinə gəlmişdir.
Yevlax respublikamızın ən
sürətlə inkişaf
edən şəhərlərindən
biridir. Yevlax şəhəri son altı ildə tamamilə simasını dəyişmişdir. Hazırda Yevlax
rayonu Azərbaycanın
mühüm iqtisadi mərkəzlərindən birinə
çevrilməkdədir. Ötən il rayonda ümumi məhsul buraxılışı
2003-cü ilə nisbətən
6,5 dəfə, sənaye məhsulunun həcmi 11,4 dəfə, kənd təsərrüfatı
məhsullarının həcmi
2,4 dəfə artmışdır.
İstehsal olunan sənaye məhsullarının
47 faizi xarici ölkələrə, o cümlədən
İtaliya, İspaniya,
Türkiyə, İran,
Ukrayna, Rusiya Federasiyası və Gürcüstana ixrac olunur. Rayonda əsas kapitala yönəldilən investisiyalar
971 dəfə artaraq
136,1 milyon manat, tikinti-quraşdırma işlərinin
həcmi isə 372 dəfə artaraq 181,6 milyon manat təşkil
etmişdir. 2004-cü ildən
2010-cu ilin oktyabrınadək
Yevlaxda 7893-ü daimi olmaqla 14 min 700 yeni iş yeri yaradılmışdır.
Dövlət başçısı və
xanımı Mehriban Əliyeva əvvəlcə
şəhərin mərkəzindəki
Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstələri
qoydular.
Prezident İlham
Əliyev və xanımı Mehriban Əliyeva abidənin ətrafındakı parkı
gəzdilər, Yevlax
Rayon İcra Hakimiyyətinin
başçısı Elmar
Vəliyev burada aparılan abadlıq və quruculuq işləri barədə
məlumat verdi.
AzərTAc
Azərbaycan.- 2010.- 16 oktyabr.- S. 1.