İqtisadi islahatlar dinamik inkişafın milli modeli ilə
uzlaşdırılır
Nizami rayonunda həyata keçirilən islahatlar bu meyarla
aparılır
Tarixi təcrübə sübut edir
ki, hər bir dövlətin inkişaf səviyyəsi
uğurlu və məntiqli siyasətdən, iqtisadi
proqnozların düzgün müəyyənləşdirilməsindən
daha çox asılıdır. Əgər bu gün Azərbaycan
qüdrətli bir dövlətə, keçid
dövrünün hər cür çətinliklərini geridə
qoyub inkişaf edən bir ölkəyə çevrilibsə,
bunların hamısı yüksək idarəçilik məharəti
ilə bağlıdır. 11 fevral 2004-cü il tarixdə
Prezident İlham Əliyevin Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramını imzalaması bölgələrdə əməktutumlu
və rəqabətqabiliyyətli yeni istehsal və xidmət
sahələrinin istifadəyə verilməsinə, iş yerlərinin
açılmasına, əhalinin həyat səviyyəsinin
yüksəlməsinə ciddi təkan vermiş, mühüm
uğurların qazanılmasına şərait
yaratmışdır.
Artıq ölkəmizdə
keçid dövrünün problemləri geridə qalıb.
Bunu dünya ekspertlərinin araşdırmaları, beynəlxalq
qurumların keçirdiyi monitorinqlər də sübut edir.
Dövlət başçısı cənab İlham Əliyev
də bu barədə demişdir: "Azərbaycan postsovet məkanında
iqtisadi islahatlar və iqtisadi inkişaf baxımından birinci
yerdədir. Mən hesab edirəm ki, artıq bu sahədə
keçid dövrü başa çatıbdır".
Ölkəmizdə
aparılan genişmiqyaslı quruculuq işləri Nizami
rayonunun sosial-iqtisadi həyatında da əsaslı dəyişikliklər
yaratmış, ayrı-ayrı sahələrdə dirçəlişə
meyil güclənmiş, abadlıq işlərinin həcmi
artmışdır. Son illərdə rayonumuzun ərazisində
1367 yeni müəssisə açılmışdır ki,
bunun nəticəsində 15874 nəfər daimi iş yeri ilə
təmin olunmuşdur. Təşkilati işlərin
düzgün qurulmasının nəticəsidir ki, yeni istehsal
sahələrində əmək məhsuldarlığının
həcmi də xeyli yüksəlib. Statistik məlumatlara
görə, ilin əvvəlindən bəzi sənaye məhsulları
istehsalının həcmi 8,4 faiz artıb. Müəssisələr
arasında sərbəst rəqabətin, bazar münasibətlərinin
düzgün qurulması nəticəsində istehsal olunan məhsulların
istehlakçılara vaxtında çatdırılması təmin
olunmuşdur.
Son illər rayonumuzun ərazisində
yeni tikinti layihələrinin reallaşmasına, möhtəşəm
tikinti-quruculuq işlərinin aparılmasına xüsusi diqqət
yetirilir. Prezident İlham Əliyevin birbaşa təşəbbüsü
ilə rayonumuzun ərazisində salınacaq yeni park da paytaxtda
həyata keçirilən silsilə abadlıq və quruculuq
işlərinin davamıdır. Bu yaxınlarda yeni parkın ərazisi
ilə
Yaxşı bilirik ki, təhsil
insan kapitalının formalaşmasında ən etibarlı zəmin
yaradan mühüm vasitədir. Ona görə də rayonumuzda
təhsil sisteminin inkişafına xüsusi diqqət yetirilir.
Dövlətin təhsilə qayğısı nəticəsində
məktəblərimizdə informasiya texnologiyasının tətbiqinə
üstünlük verilmiş, yeni elektron dərsliklər
yaradılmış, məktəblərin birbaşa internetə
qoşulması təmin olunmuşdur. Müəllimin cəmiyyətdə
layiqli yerinin və mövqeyinin möhkəmlənməsi
üçün Azərbaycan Prezidenti İlham Əliyev
ardıcıl və məqsədyönlü tədbirlər həyata
keçirir. 6 sentyabr 2010-cu il tarixdə Prezident İlham Əliyevin
imzaladığı "Təhsil müəssisələrində
çalışan işçilərin əməkhaqlarının
artırılması haqqında" sərəncamı bu sahədə
çalışan insanlara yeni qayğının təzahürüdür.
Respublikamızda, o cümlədən Nizami rayonunda yeni məktəblərin
tikilib istifadəyə verilməsi, mövcud ümumtəhsil məktəblərinin
əsaslı təmiri və yenidən qurulması, maddi-texniki
bazasının möhkəmləndirilməsi kimi vacib tədbirlərdə
Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Təkcə
ötən dərs ilində rayonumuzun orta ümumtəhsil məktəblərini
2002 şagird bitirmiş, onların 1862 nəfəri ali məktəblərə
sənəd vermiş, 948 nəfəri tələbə
adını qazanmışdır. Rayonumuzun ərazisində fəaliyyət
göstərən Dədə Qorqud Özəl Türk
Liseyinin 165 məzunu müxtəlif ali məktəblərə
qəbul olunmuşdur. Rayonumuzdan xarici ölkələrin ali məktəblərinə
qəbul olunan tələbələrin də sayı xeyli
artmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin
16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq
olunan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" gənclərin xarici ölkələrin ali məktəblərində
təhsillərinin davam etdirilməsinə etibarlı şərait
yaratmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin
8 sentyabr 2010-cu il tarixli sərəncamı ilə ali məktəblərə
qəbul imtahanlarında ixtisas qrupları üzrə ən
yüksək bal toplayaraq tələbə adını
qazanmış 102 nəfər Prezident təqaüdünə
layiq görülmüşdür ki, onların da 11 nəfəri
Nizami rayon məktəblərinin məzunlarıdır.
Rayonumuzun ərazisində yerləşən əqli və
fiziki cəhətdən qüsurlu uşaqlar üçün
fəaliyyət göstərən 3 nömrəli xüsusi məktəb
Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir
olunmuş, məktəbin maddi-texniki bazası möhkəmləndirilmiş,
yeni avadanlıqlar - 20 kompüter, televizor, 2 maqnitofon, 2 soyuducu,
emalatxana üçün dəzgahlar və tikiş
maşınları alınmışdır. "Uşaq evləri
və internat məktəblərinin İnkişafı
Proqramı"na uyğun olaraq 2005 və 2008-ci illərdə
Heydər Əliyev Fondu tərəfindən rayonumuzun 1 nömrəli
uşaq evində əsaslı təmir işləri
aparılmış, yeni avadanlıq alınmışdır.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə
uşaq evlərində tərbiyə almış, yaşı
18-dən yuxarı olan qızlar üçün 50 mənzilli
100 nəfərlik yaşayış binası inşa
edilmişdir.
Nizami rayonunda səhiyyə
müəssisələrinin yenidən qurulmasına, onların
maddi-texniki bazasının möhkəmləndirilməsinə
ciddi fikir verilir. Azərbaycan Prezidentinin 27 fevral 2006-cı il
tarixdə imzaladığı "Bakı şəhərinin
qəsəbələrinin 2006-2007-ci illər üzrə
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair" Tədbirlər Proqramına uyğun olaraq rayonun səhiyyə
müəssisələrində də əhəmiyyətli
işlər görülür.
1 nömrəli uşaq
yoluxucu xəstəlikləri xəstəxanasında əsaslı
təmir işləri aparılmış, yeni qazanxana
quraşdırılmışdır. 7 nömrəli doğum
evində, 17 nömrəli uşaq poliklinikasında yeni modul
tipli qazanxanalar istifadəyə verilmişdir.
Rayon icra hakimiyyəti
aparatında iş bölgüsü elə qurulmuşdur ki, vətəndaşların
ərizə və şikayətlərinə, hər bir
sorğusuna vaxtında və dəqiq cavab verilsin. Son 9 ayda təkcə
rayon icra hakimiyyətinin başçısı Tahir Budaqovun
yerlərdə sakinlərlə 18 səyyar
görüşü keçirilib. Həmin tədbirlərdə
rayonun əlaqədar təşkilatlarının nümayəndələri
də iştirak edib, hər bir sorğuya yerindəcə əhatəli
və qaneedici cavablar verilib. Təkliflərin dinlənilməsi,
öyrənilməsi məqsədilə səyyar
görüşlərdən əlavə telefon rabitəsi ilə
"qaynar xətt" yaradılmış, vətəndaşların
arzu və istəklərinə əməl olunması
üçün icraya nəzarət mexanizmi güclənmişdir.
Azərbaycan Respublikası
Milli Məclisinə noyabrın 7-nə təyin olunmuş
seçkilərlə bağlı rayonun ərazisində 3
seçki dairəsi fəaliyyət göstərir. Dairələr
yeni inzibati binada yerləşdirilib. Məntəqə
seçki komissiyalarının normal fəaliyyəti
üçün hər cür şərait yaradılıb.
Milli Məclis üzvlüyünə namizədlərin
seçicilərlə görüş keçirmələri
üçün 4 açıq və 7 qapalı yer müəyyənləşdirilib.
Seçki məntəqələrinin ərazisində təşviqat
materiallarının uyğun lövhələrdə yerləşdirilməsi
üçün yerlər ayrılıb. Bir sözlə,
qarşıdan gələn növbəti seçkiyə
hazırlıq mərhələsi mütəşəkkilliklə
başa çatmaqdadır.
İldırım MEHDİYEV,
Nizami Rayon
İcra Hakimiyyəti
başçısının müavini
Azərbaycan.- 2010.- 16 oktyabr.- S. 5.