Dövlət Filarmoniyasında "Arşın mal alan"
operettasının konsert-tamaşası
olmuşdur
Oktyabrın 14-də Müslüm
Maqomayev adına
Azərbaycan Dövlət
Filarmoniyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illiyi
münasibətilə "Arşın
mal alan" operettasının
konsert-tamaşası olmuşdur.
Filarmoniyadan AzərTAc-a
bildirmişlər ki, tamaşanı Xalq Artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri
Orkestri müşayiət
etmişdir.
Rolları Əməkdar
artistlər Xanım Qafarova (Cahan xala), Cavanşir Əhmədov (Soltan bəy), Gülnaz İsmayılova (Gülçöhrə),
artistlər Kamil Qasımov (Əsgər), Ülkər Əliyeva (Asya), Tural Ağasiyev
(Süleyman), Zəminə
Ağayeva (Telli), Kazım Nicat Fəxri (Vəli) ifa etmişlər.
Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət
Xadimi Əli Usubovdur.
Azərbaycan.- 2010.- 16 oktyabr.- S. 12.