Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda parlament seçkiləri üzrə ATƏT-in müşahidəçi missiyasının rəhbəri Volfqanq Qrossrukun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanda parlament seçkiləri üzrə ATƏT-in müşahidəçi missiyasının rəhbəri Volfqanq Qrossrukun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlığın vəziyyəti və seçki kampaniyasının aparılması ilə bağlı məsələlər müzakirə edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 17 oktyabr.- S. 1.