C.Cabbarlının ev-muzeyinin əməkdaşları sərgi nümayiş etdirmişlər

 

Oktyabrın 13-dən 15-dək Rafiq Babayev adına 25 nömrəli uşaq musiqi məktəbində görkəmli dramaturq Cəfər Cabbarlının ev-muzeyinin səyyar sərgisi fəaliyyət göstərmişdir.

Sərgidə dramaturqun uşaqlıq və gənclik illərini əhatə edən eksponatlar, muzeydə qorunub-saxlanan şəxsi əşyaları, əlyazmaları, müxtəlif illərin teatr afişaları nümayiş etdirilmişdir.

Muzeyin elmi işçiləri Gülnarə Əlibabayeva və Minarə Əliyeva C.Cabbarlının həyat və yaradıcılığı haqqında mühazirələr oxumuş, onun səhnə qəhrəmanları haqqında ətraflı məlumat vermiş və şagirdləri maraqlandıran sualları cavablandırmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 16 oktyabr.- S. 12.