Ciddədə
"Azərbaycan XIII İslam
Zirvə görüşünü
keçirməyə hazırdır"
mövzusunda təqdimat
mərasimi keçirilmişdir
İslam Konfransı Təşkilatının
(İKT) dövlət və
hökumət başçılarının
XIII İslam Zirvə görüşünün 2014-cü ildə Bakı şəhərində keçirilməsinə
dair Azərbaycan Prezidentinin göstərişinə
əsasən, Xarici İşlər Nazirliyi tərəfindən həm
Azərbaycanda akkreditə
olunmuş xarici ölkələrin səfirləri,
həm də ölkəmizin xaricdə olan səfirlikləri ilə müvafiq tədbirlər həyata keçirilir.
Azərbaycanın
Səudiyyə Ərəbistanı Krallığındakı
səfirliyindən AzərTAc-a bildirmişlər ki, belə tədbirlərdən biri oktyabrın 17-də nazir
müavini V.Sadıqovun
başçılıq etdiyi nümayəndə
heyətinin iştirakı ilə İKT Baş
Katibliyinin yerləşdiyi Ciddə şəhərində
baş tutmuşdur.
İKT
Baş katibi E.İhsanoğlunun və İKT-nin
digər məsul əməkdaşlarının, habelə İslam İnkişaf
Bankının rəhbərliyinin və Ciddə şəhərinə
akkreditə olunmuş 50-yə yaxın
ölkənin baş konsulluqlarının
nümayəndələrinin iştirakı ilə "Azərbaycan
XIII İslam Zirvə görüşünü
keçirməyə
hazırdır" mövzusunda təqdimat
mərasimi keçirilmişdir.
Mərasimi giriş sözü ilə
Azərbaycanın Səudiyyə Ərəbistanı
Krallığındakı səfiri T.Abdullayev
açmışdır.
Çıxış
edən nazir müavini
V.Sadıqov Azərbaycan Prezidenti tərəfindən
İKT və İKT-yə üzv dövlətlərlə
əlaqələrin və hərtərəfli əməkdaşlığın
inkişafına xüsusi əhəmiyyət
verildiyini, son illər
bu istiqamətdə əldə olunmuş uğurlar,
İKT-yə üzv ölkələrin xarici
işlər nazirlərinin Bakıda keçirilmiş
33-cü konfransında qəbul olunmuş
qərar və qətnamələrin tarixi
əhəmiyyətini vurğulamışdır. V.Sadıqov
Heydər Əliyev Fondu ilə İKT
arasında əməkdaşlıq, o
cümlədən İKT ölkələrinin turizm,
mədəniyyət və təhsil nazirlərinin Bakıda
müvəffəqiyyətlə keçmiş
konfransları barədə məlumat vermişdir.
Nazir müavini, eyni zamanda İKT-nin
növbəti XIII Zirvə görüşünün
Bakıda keçirilməsi üçün
Azərbaycan hökumətinin hazır olduğunu
bildirmişdir. O, Ermənistanın
Azərbaycana qarşı təcavüzü ilə
bağlı İKT çərçivəsində qətnamələrin
qəbul olunmasında göstərilən dəstəyə
görə qardaş İslam
ölkələrinə dərin təşəkkürünü
bildirmiş, bu dəstəyin
davam edəcəyinə əminliyini ifadə
etmişdir.
Təqdimatda Azərbaycan
barədə məlumatları özündə əks etdirən
videoçarxlar nümayiş
olunmuşdur.
Eyniadlı tədbirin
oktyabrın 19-da Ər-Riyad şəhərində də
keçirilməsi nəzərdə tutulur.
Azərbaycan. - 2010.- 19 oktyabr.- S. 2.