Astanada Mənəvi mədəniyyət üzrə Dünya Forumu öz işinə başlamışdır
Oktyabrın
18-də Astanada Mənəvi mədəniyyət
üzrə Ümumdünya Forumu öz işinə
başlamışdır.
Tədbirdə
dünyanın 71 ölkəsindən gəlmiş ictimai-siyasi, ədəbiyyat, mədəniyyət
və incəsənət xadimləri, dünya
şöhrətli alimlər, elmi-mədəni elitanın
nümayəndələri iştirak edirlər.
Dörd yüzdən
artıq nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı ölkəmizin
Rusiyadakı səfiri Polad Bülbüloğlu,
Polşadakı səfirimiz Həsən Həsənov, Azərbaycan
Yazıçılar Birliyinin sədri Anar, tarix elmləri doktoru Zaur Həsənov,
Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki
Maya Bədəlbəyli və digər
şəxslər təmsil edirlər.
Forum iştirakçılarını Qazaxıstan
Senatının sədri Qasımcomərt Tokayev
salamlamış, Prezident Nursultan
Nazarbayevin müraciətini oxumuşdur.
Müraciətdə deylir:
"Əminəm ki, Mənəvi mədəniyyət
üzrə Dünya Forumunun
keçirilməsi mənəviyyatın gücləndirilməsi,
mədəniyyətlərarası dialoqun
genişləndirilməsi, müasir
dünyanın sivil yolla
inkişafında mühüm addım
olacaqdır".
Forum oktyabrın 20-dək davam edəcəkdir.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi müxbiri
Astana
Azərbaycan.-2010.-19
oktyabr.- S. 3.