Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın maliyyə katibinin müavini Stüart Livinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da ABŞ-ın maliyyə katibinin müavini Stüart Livinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlıqla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 20 oktyabr.- S. 1.