"Azərbaycan
Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi
ilə bağlı bəzi məsələlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanına əlavə
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
"Azərbaycan
Respublikasına gələn
əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
vizaların rəsmiləşdirilməsi
ilə bağlı bəzi məsələlər
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanının 2.3-cü bəndinə
"mərkəzi icra
hakimiyyəti orqanı
rəhbərinin" sözlərindən
sonra ", Azərbaycan
Respublikası Mərkəzi
Bankı sədrinin, Azərbaycan Respublikası
Prezidentinin İşlər
İdarəsi müdirinin,
Azərbaycan Respublikası
Prezidentinin Xüsusi Tibb Xidməti rəisinin, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi rəhbərliyinin, Qafqaz Müsəlmanları İdarəsi
sədrinin, Azərbaycan
Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
əsasən Azərbaycan
Respublikasında fəaliyyət
göstərən xarici
şirkət rəhbərlərinin"
sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 oktyabr 2010-cu il
Azərbaycan.- 2010.- 20 oktyabr.- S. 1.