Biləsuvarda yeni
açılmış lisey-məktəb kompleksinə Azərbaycanın
Milli Qəhrəmanı Mübariz
İbrahimovun adı verilmişdir
Biləsuvar şəhərində Mərkəzi
Bankın dəstəyi
ilə inşa edilmiş lisey-məktəb
kompleksinə Azərbaycanın
Milli Qəhrəmanı
şəhid Mübariz
İbrahimovun adı verilmişdir.
Açılış mərasiminin iştirakçıları
əvvəlcə ümummilli
lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsinə ehtiramlarını
bildirmişlər.
Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov demişdir ki, bu gün
bütövlükdə bölgənin
həyatında əlamətdar
günlərdən biridir. Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun adını daşıyacaq lisey-məktəb
kompleksinin açıldığı
gündür. Fürsətdən istifadə edərək Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin xoş arzularını sizə çatdırmaq istərdim.
Cənab
Prezident əmin olduğunu bildirmişdir ki, bu lisey-məktəb
kompleksi təhsilin modernləşdirilməsi siyasətinin
həyata keçirilməsinə
yardım göstərəcəkdir.
Natiq məlumat vermişdir ki, 2003-cü ildən başlayaraq 1600-dən yuxarı
məktəb binasının
tikilməsi respublikamızda
təhsilə verilən
mühüm əhəmiyyətin
aydın göstəricisidir.
Heydər Əliyev Fondunun
Azərbaycan təhsilinin
inkişafı naminə
gördüyü nəhəng
işlər də misilsizdir. Fond tərəfindən həyata
keçirilən çoxsaylı
layihələr Azərbaycan
təhsilini keyfiyyətcə
yeni yüksək pilləyə qaldırmışdır.
Elman Rüstəmov bildirmişdir
ki, kompleksdə müasir beynəlxalq standartlara cavab verən işıqlandırma,
havalandırma, isitmə-soyutma
sistemləri, sutəmizləyici
qurğu quraşdırılmışdır. İnşaat işlərində Almaniya,
Ukrayna, Rusiya, Türkiyə istehsalı olan tikinti materialı
və avadanlıqlarından
istifadə olunmuşdur.
Liseydə video-müşahidə kameraları qoyulmuşdur.
Məktəbdə fəaliyyət göstərən
"açıq sinif"
otağında valideynlər
dərslərin gedişini
heç bir maneə olmadan izləyəcəklər. Kompleksdə,
həmçinin Wi-Fi internet şəbəkəsi ilə
təchiz edilmiş kitabxana da fəaliyyət
göstərəcəkdir. Liseydə təhsil ödənişsizdir,
burada uşaqlara lisey forması və gündə iki dəfə isti yemək verilir. Aztəminatlı uşaqlara yardım
məqsədi ilə xüsusi lisey fondu yaradılmış,
5-40 km məsafədə yaşayan
şagird və müəllimlərin xüsusi
avtobuslarla daşınması
təşkil olunmuşdur.
Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan
lisey-məktəbə şagirdlər
və müəllimlər
TQDK tərəfindən test üsulu ilə keçirilən silsilə
imtahanlar və müsabiqə yolu ilə seçilmişlər.
Hazırda burada 107 şagird
təhsil alır, növbəti dərs ilindən isə onların sayı 250-300 nəfərə çatacaqdır.
E.Rüstəmov vurğulamışdır ki,
yaxın günlərdə
liseyin qarşısında
Milli Qəhrəman Mübariz İbrahimovun abidəsi də ucaldılacaqdır.
Milli Qəhrəmanın atası
Ağakərim İbrahimov
çıxış edərək,
cəmiyyətimiz tərəfindən
oğluna yüksək
ehtiram göstərilməsini
yüksək qiymətləndirmiş,
oğlunun müqəddəs
şəhidlik zirvəsinə
yüksəlməsindən qürur hissi keçirdiyini söyləmişdir.
AzərTAc
Azərbaycan.- 2010.-20 oktyabr.- S. 3.