"Məhkəmələr və
hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 5, maddə 413; 1999-cu il, ¹ 5, maddə 284, ¹ 7, maddə 396, ¹ 10, maddə 570; 2001-ci il, ¹ 5, maddə 292, ¹ 6, maddə 379, ¹ 7, maddə 455; 2002-ci il, ¹ 1, maddə 4, ¹ 12, maddə 706; 2003-cü il, ¹ 6, maddə 278; 2004-cü il, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 4, maddə 199, ¹ 8, maddələr 597, 598, ¹ 9, maddə 669; 2005-ci il, ¹ 1, maddə 7, ¹ 8, maddə 686; 2006-cı il, ¹ 1, maddə 4, ¹ 12, maddə 1005; 2007-ci il, ¹ 5, maddələr 439, 446, ¹ 7, maddə 712, ¹ 11, maddə 1078, ¹ 12, maddə 1222; 2008-ci il, ¹ 3, maddə 163, ¹ 7, maddə 609; 2009-cu il, ¹ 2, maddə 46, ¹ 11, maddə 878; 2010-cu il, ¹ 7, maddə 596) aşağıdakı əlavə və dəyişiklik edilsin:
1. 106-cı maddəyə aşağıdakı məzmunda üçüncü və dördüncü hissələr əlavə edilsin:
"Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir.
İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir."
2. 107-ci maddənin birinci hissəsinin ikinci cümləsində "iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilir" sözləri, "iki aylıq əmək haqqı məbləğində müavinət verilir" sözləri ilə əvəz edilsin.
II. Bu Qanun 2010-cu il oktyabrın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 oktyabr 2010-cu il
Azərbaycan.- 2010.- 21 oktyabr.- S. 4.