"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 8 oktyabr tarixli 1092-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

"Məhkəmələr hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 8 oktyabr tarixli 1092-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1. qüvvədə olan qanunvericilik aktlarının "Məhkəmələr hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3. öz səlahiyyətləri daxilində "Məhkəmələr hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 oktyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 21 oktyabr.- S. 4.