"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹12, maddə 740; 2002-ci il, ¹12, maddə 706; 2003-cü il, ¹1, maddə 23, ¹8, maddə 428, ¹12 (I kitab), maddələr 676, 698; 2005-ci il, ¹1, maddə 1, ¹6, maddə 462, ¹8, maddə 684, ¹10, maddələr 873, 905, ¹12, maddə 1083; 2006-cı il, ¹3, maddələr 223, 225, ¹6, maddə 481, ¹12, maddələr 1015, 1029; 2007-ci il, ¹2, maddə 80, ¹12, maddə 1203; 2008-ci il, ¹3, maddə 158, ¹6, maddə 462, ¹7, maddə 602, ¹12, maddə 1047; 2009-cu il, ¹1, maddə 5, ¹2, maddə 56, ¹3, maddə 160, ¹7, maddə 519, ¹12, maddə 947; 2010-cu il, ¹6, maddə 485) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 2.0.2-ci maddədə "aparılması" sözündən sonra ", notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi və onun müddətinin uzadılması" sözləri əlavə edilsin;

2. 2.0.19-cu maddədə "dövlət qeydiyyatı" sözlərindən sonra "və gigiyenik sertifikatının verilməsi" sözləri əlavə edilsin;

3. aşağıdakı məzmunda 2.0.20-ci maddə əlavə edilsin:

"2.0.20 malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi.";

4. 10-cu maddənin adında "aparılmasına" sözündən sonra ", notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə və onun müddətinin uzadılmasına" sözləri əlavə edilsin;

5. aşağıdakı məzmunda 10.26-cı və 10.27-ci maddələr əlavə edilsin:

"10.26. Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə görə - 100 manat;

10.27. Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin müddətinin uzadılmasına görə - 50 manat.";

6. aşağıdakı məzmunda 18.68-ci maddə əlavə edilsin:

"18.68. Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi - 100 manat.";

7. aşağıdakı məzmunda 30.1.4-cü maddə əlavə edilsin:

"30.1.4. Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının keyfiyyət sertifikatının verilməsi - 20 manat";

8. aşağıdakı məzmunda 30-1-ci maddə əlavə edilsin:

"Maddə 30-1. Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə tutulan dövlət rüsumunun dərəcəsi

malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi - 20 manat";

9. 33-cü maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 33. Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatın verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri:

33.1. Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı - 100 manat;

33.2. Gigiyenik sertifikatın verilməsi - 15 manat.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 22 oktyabr.- S. 1.