"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1082-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1082-IIIQD nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 oktyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 22 oktyabr.- S. 1.