"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1084-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə

 

 Azərbaycan Respublikası Prezidenti Prezidentinin Sərəncamı

 

"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1084-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1. qüvvədə olan qanunvericilik aktlarının "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3. öz səlahiyyətləri daxilində həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 oktyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 22 oktyabr.- S. 2.