Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

 

Oktyabrın 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.

MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə Azərbaycan Sosial Demokrat Partiyasının səlahiyyətli nümayəndəsi qeydə alınmışdır.

İclasda Milli Məclisə keçiriləcək seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılmışdır. Müraciətlərdən biri təmin edilmiş, üçü aidiyyəti üzrə araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilmiş, digərləri isə qanunla müəyyən edilmiş şikayət vermə müddəti ötdüyündən ərizəçilərin özlərinə geri qaytarılmışdır.

Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.

İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının, MDB Müşahidə Missiyasının, ATƏT-in Bakı ofisinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

 

Azərbaycan.- 2010.- 23 oktyabr.- S. 1.