Beynəlxalq münasibətlər
üzrə alimlərin birinci illik simpoziumu çərçivəsində
Qafqaz Universitetində "dəyirmi
masa" keçirilmişdir
AzərTAc xəbər verir ki, oktyabrın 22-də Qafqaz Universitetində Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumu çərçivəsində "dəyirmi masa" keçirilmişdir.
Tədbiri açan universitetin rektoru Əhməd Saniç qonaqları salamlayaraq "dəyirmi masa"nın "Cənubi Qafqazda din və kimlik" mövzusuna həsr olunduğunu bildirmişdir.
Türkiyə, Böyük Britaniya, Misir və Malayziyadan gəlmiş mütəxəssislərin
də iştirak etdiyi
"dəyirmi masa"da
regional əməkdaşlıq və
şəbəkələşmə kontekstində Cənubi Qafqazda etnik və dini kimliyin, identifikləşmənin
formalaşması və bunların beynəlxalq münasibətlərdəki
rolu müzakirə edilmişdir.
Azərbaycan.- 2010.- 23 oktyabr.- S. 2.