Beynəlxalq münasibətlər
üzrə alimlərin birinci illik simpoziumunun Azərbaycanda
keçirilməsi əhəmiyyətli hadisədir
Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumunun Azərbaycanda keçirilməsi əhəmiyyətli hadisədir. Tədbirdə dünyanın 27 ölkəsindən 60-dan artıq tanınmış ekspertlərin, beynəlxalq münasibətlər üzrə nəzəriyyəçilərin iştirakı Azərbaycanda beynəlxalq münasibətlərlə bağlı inkişafın, bu sahədəki tədqiqatlara olan marağın bariz nümunəsidir.
Bu sözləri Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov AzərTAc-a müsahibəsində demişdir.
E.Aslanov bildirmişdir ki, əsas məqsəd Azərbaycanın inkişaf etdiyi bir dövrdə regionun geosiyasətini və geoiqtisadiyyatını, regional və qlobal məsələləri geniş müstəvidə müzakirə və tədqiq etməkdir.
Şöbə
müdiri qeyd etmişdir ki, bu tədbirin hər il Azərbaycanda
keçirilməsi və Bakı simpoziumu
adlandırılması ilə bağlı ekspertlər
arasında danışıqlar aparılır. Bundan
başqa, simpoziumun Azərbaycanda
qərargahının açılması və Londonda ildə dörd dəfə
jurnalının nəşr olunması da
nəzərdə tutulur. Simpozium
zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın
Cənubi Qafqazda apardığı praqmatik və rasional siyasət,
ölkəmizin iqtisadi inkişafı
haqqında qonaqlara kifayət qədər
məlumat vermək imkanımız olacaqdır. Bu gün tədbirdə iştirak
edən qonaqlar bir daha görəcəklər ki,
Azərbaycanın apardığı praqmatik
siyasət bütövlükdə regionun
inkişafına xidmət edir, ölkəmizin
həm nəqliyyat dəhlizi, həm də geoiqtisadi
dəhliz kimi önəmli rolunu
şərtləndirir.
Azərbaycan.- 2010.- 23 oktyabr.- S. 3.