İstanbulda keçirilən Dünya Türk Forumu başa çatmışdır

 

Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə İstanbulda "Türk Şurası, türk diasporusosial-iqtisadi əməkdaşlıq" mövzusunda Dünya Türk Forumu oktyabrın 22-də öz işinə yekun vurmuşdur.

Forumun ikinci gününün ilk ilcası İslam Konfransı Təşkilatının xüsusi nümyəndəsi Ömür Orhunun sədrliyi ilə "Ksenofobiya, sosial ayrımçılıq və türk diasporu" mövzusunda olmuşdur. Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov, Almaniyadakı Saksoniya parlamentinin üzvü Murad Kalmış, Danimarka əmək nazirinin müşaviri Bircan Ekər və digər çıxış edənlər AvropaAmerikada mövcud olan ayrımçılıqla mübarizədə Azərbaycan və türk diasporlarının səylərindən bəhs etmişlər.

Forumun ən maraqlı iclası isə "Soyqırımı iddiaları: Türk dünyası diasporu və əməkdaşlıq" mövzusunda olmuşdur. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elnar Məmmədov, Qars Qafqaz Universitetinin professoru Hacıali Nəcəfoğlu, Türk Araşdırmaları Strateji Mərkəzinin direktoru Sinan Oğan və digər natiqlər Azərbaycan və Anadolu torpaqlarında erməni quldurlarının törətdikləri qətliamlardan, Xocalı soyqırımından, qondarma "erməni soyqırımı" təbliğatına qarşı diaspor təşkilatlarının birgə fəaliyyətindən bəhs etmişlər.

Forumun "Türk dünyası ölkələrində sosial-iqtisadi əməkdaşlığın vəziyyəti və perspektivləri" mövzusunda keçirilmiş son iclasında TürkPA-nın sədri Ramil Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, Özbəkistandakı Azərbaycan diasporunun sədri Akif Ağatalıbov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, digər diaspor təşkilatlarının rəhbərləri türkdilli ölkələr və onların digər xalqlarla iqtisadi əməkdaşlığının vəziyyətindən danışmışlar.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

 

Azərbaycan.- 2010.- 23 oktyabr.- S. 7.