"BakuBuild" XVI Azərbaycan beynəlxalq inşaat sərgisi başa çatmışdır

 

Dünyanın 25 ölkəsindən 260-dək şirkətin iştirakı ilə Bakı Sərgi Mərkəzində keçirilən "BakuBuild" XVI Azərbaycan beynəlxalq inşaat sərgisi oktyabrın 23-də başa çatmışdır.

Sərgi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Arxitektorlar İttifaqının dəstəyi ilə keçirilmişdir.

"BakuBuild" ilə eyni vaxtda keçirilən daha iki sərgi - "Aqua-Therm Baku" - 2-ci Beynəlxalq istilik, havalandırma və kondisionerləşdirmə sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları və üzgüçülük hovuzu, həmçinin "Caspian MebelExpo" 8-ci Beynəlxalq mebel, interyerdizayn sərgiləri həm paytaxt sakinlərinin, həm də respublikamızın çoxsaylı qonaqlarının böyük marağına səbəb olmuşdur.

Dörd gün ərzində minlərlə ziyarətçi sərgi ilə tanış olmuş, iştirakçı şirkətlər arasında müqavilələr imzalanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 24 oktyabr.- S. 3.