Avstriya Respublikasının
Federal Prezidenti zati-aliləri
cənab Haynts Fişerə
Hörmətli cənab
Federal Prezident!
Avstriya Respublikasının milli bayramı münasibətilə
Sizi və bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Avstriya arasındakı münasibətlər
dostluq və əməkdaşlıq əlaqələrimizin
möhkəmlənməsi və
genişlənməsi istiqamətində
bundan sonra da inkişaf edəcəkdir.
Bu əlamətdar
gündə Sizə ən xoş arzularımı yetirir,
dost Avstriya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 13 oktyabr 2010-cu il
Azərbaycan.- 2010.- 26 oktyabr.- S. 1.