Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

 

Oktyabrın 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.

 

MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə iclasda AXCP-Müsavat siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri qeydə alınmışdır.

Sonra 6 saylı Culfa-Babək seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilmişdir.

İclasda Milli Məclisə keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılmışdır.

Müraciətlərdən dördü əsassız olduğundan təmin edilməmiş, ikisi aidiyyəti üzrə araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilmişdir.

Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.

İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının, MDB Müşahidə Missiyasının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

 

Azərbaycan.- 2010.- 26 oktyabr.- S. 1.