Azərbaycan Prezidenti
İlham Əliyev Polşanın ölkəmizdə
yeni təyin olunmuş
səfirinin etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixal Labendanın etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin önündən keçdi.
Mixal Labenda etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət
etdi.
Polşa Respublikası
ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin
mövcud olduğunu bildirən Mixal Labenda qeyd etdi
ki, Prezident Bronislav Komorovski ilə söhbəti zamanı dövlət başçısı Polşa
hökumətinin ölkəmizlə
dostluq münasibətlərini
bundan sonra da davam etdirəcəyini
vurğulamışdır. Ölkələrimiz arasında əlaqələrin
bütün sahələrdə
uğurla inkişaf etdiyini bildirən səfir yüksək səviyyədə olan ikitərəfli münasibətlərimizin
bundan sonra da möhkəmlənəcəyinə
əminliyini ifadə etdi.
Səfir paytaxtımız
ilə qısa tanışlıq zamanı
şəhərdə gedən
inkişaf proseslərinin
onda böyük təəssürat yaratdığını
dedi.
Dövlətimizin başçısı Azərbaycan
ilə Polşa arasında ikitərəfli
münasibətlərin inkişafından
məmnunluğunu bildirdi. Münasibətlərimizin yüksək səviyyədə
olduğunu, bir sıra birgə təşəbbüslərin həyata
keçirildiyini və
ölkələrimizin daha
da yaxınlaşması
üçün mühüm
addımlar atıldığını
qeyd edən Prezident İlham Əliyev əlaqələrimizin
bundan sonra da genişlənəcəyinə
ümidvar olduğunu söylədi.
AzərTAc
Azərbaycan.- 2010.- 27 oktyabr.- S. 1.